Turşu-qovurma plov Azərbaycan mətbəxi. Азербайджанская кухня — Туршу-говурма плов

Turşu- qovurma plovun resepti: Aş üçün— 3 stəkan uzun düyü (təxminən 600qr),duz.
Qazmağı üçün 1 st. un, 2xör. qaş. qatıq, 2xör. qaş. duru yağ, çay qaş 1/3 qədər duz, 1 çimdik soda.
Qarası üçün— 850 qram yağlı qoyun əti,3 xör. qaş. abqora, 3 baş soğan, 150 qr abuxara turşusu,400qr şabalıd 200 qr. stəkanla 1 stəkan ərinmiş kərə yağı, duz istiot, 7-8 ter zəfəran. Nuş olsun.
Metbex sirleri- Şabalıdın temizlenib dondurucuda saxlanması-

40 Replies to “Turşu-qovurma plov Azərbaycan mətbəxi. Азербайджанская кухня — Туршу-говурма плов”

  1. Sakinaxanum Valiyeva

    Allah size can sagligi uzun omur versin .Sizin butun bishirdiyiniz yemekleri men nenemden oyrenmishdim .Amma feseli yadimdan cixmishdi .COX sevindim ki Baki yemeklerini bele gozel nefisde teblig eden Bakililar demmishken bele bir Xanim xatin cuvenezen var Allah size can sagligi uzun omur ruzi bollugu xoshbextlik nesib etsin amin.

  2. Nermine Shiraliyeva

    Ayy, əllərinizə sağlıq, əsil Azərbaycan qadınının səliqəsi, sahmanı göz oxşayır… Yeməyin görünüşünə iki göz daha gərək… Əllərinizə sağlıq… Məmnuniyyətlə, plovunuzun dadına baxardım… Məni şabalıd maraqlandırdı, əvvəldən təmizləyib, buzluqda saxlamışdınız? Yoxsa necə?

Добавить комментарий